
Bu kitabda xalqımızın görkəmli oğlu Məmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəsindən danışılır. Kitabda M. Ə. Rəsulzadənin İranda, Türkiyədə, Azərbaycan Demokratik Respublikası dövründəki fəaliyyətinə geniş yer verilib. M. Ə. Rəsulzadənin müxtəlif dövrlərdə Stalinlə, Şaumyanla, Hitlerlə münasibəti də əsərdə öz əksini tapıb. Kitabda M. Ə. Rəsulzadənin mühacirətdə çıxardığı jurnallara, Azərbaycan legionlarının təşkilindəki roluna geniş yer ayrılıb, onu tanıyan, hazırda Türkiyədə yaşayan dostlarının xatirələri toplanıb.
