Qax rayon Mərkəzi kitabxanası

Qax rayon

Yeni kitablar
İlham Rəhimli. Şəki teatrı
17 Yanvar , 2018


“Qanun” nəşriyyatında çap olunan tədqiqat əsəri müəllifin “Azərbaycan teatrı” silsiləsindən növbəti kitabıdır. 

Kitab dörd bölmələdən ibarətdir: Teatrın təşəkkülü və inkişaf yolu” (1879 – 1933), Mirzə Ələkbər Sabir adına Şəki Dövlət Dram Teatrı (1933 – 1949), Dram dərnəyi və xalq teatrı (1949 – 1975) və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975 – 2015).

Müəllifin ciddi tədqiqatları nəticəsində kitabda Şəkinin teatr mühiti, sənət ocağının yaradacılıq axtarışları ilə ətraflı tanış olmaq mümkündür.

“Şəki teatrı” kitabında bu kollektivdə səmərəli yaradıcılıq fəaliyyəti göstərmiş aktyorlar, rejissorlar və teatr rəssamları barədə portret-oçerklər də yer alıb. Kitabda həmçinin teatrın müxtəlif dövrlərində hazırlanmış tamaşalardan şəkillər verilib.