Qax rayon Mərkəzi kitabxanası

Qax rayon

Yeni kitablar
Mətanət Ulu Şirvanlı. Ağ ayaqqabı
17 Yanvar , 2018
Mətanət Ulu Şirvanlı özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Çoxlu şeir və nəsr əsərlərinin müəllifidir.Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar, şeirlərinə musiqilər bəstələnir. Bütün yaradıcı insanlar kimi, adilikdən qeyri-adilik yaratmaq Mətanət xanımın da səciyyəvi xüsusiyyətidir. Bu baxımdan onun “Avtobus sərgüzəştləri”, “Yuxu” əsərləri maraq doğurur. Yazıçının “Sarı çiçək”, “Ağ ayaqqabı” və digər əsərləri də diqqəti xüsusi cəlb edir.Bu kitab müəllifin yeddinci kitabıdır. Təqdim edilən şeir nümunələrində ədəbi-bədii məziyyətlər və fəlsəfi düşüncələr oxucu diqqətini cəlb edir.