Qax rayon Mərkəzi kitabxanası

Qax rayon

Yeni kitablar
Məmmədhüseyn Əliyev. Dağlar oğlu
17 Yanvar , 2018
M.Əliyev ədəbi yaradıcılığa məktəb illərindən başlayıb. O, “Dağlar oğlu”, “Lənkəran hekayələri”, “Torpağın ətri”, “Qayaların səsi”, “Döyüşən illər” kimi romanların, çoxlu sayda şeir və poemaların, publisistik yazıların müəllifidir. Onun “Prokuror”, “Ana fəryadı” dram əsərləri isə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.Yazıçının ikihissəli “Dağlar oğlu” əsəri ötən əsrin 70-ci illərində Moskvada rus dilində nəşr olunub. "Dağlar oğlu" romanında planetimizin ən qocaman sakinlərindən birinin-150 il ömür sürmüş Mahmud Eyvazovun həyatından bəhs edilir.