Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS

Yeni kitablar
Aleksandr Sergeyeviç Puşkin. Qızıl xoruz nağılı
2 Aprel , 2018

A.S. Puşkin

Qızıl Xoruz nağılı

Keçmişdə bir səltənətdə,

Bir bilinməz məmləkətdə

Dadon adlı çar yaşardı,

Gənc yaşından qəzəbkardı.

Qan uddurur qonşulara,

Heç vermirdi hərbə ara.

Günlər keçdi, qocaldı çar,

Dedi: - “Yetər vuruşmalar!”

Yorulmuşam rahatlanım

Qoy dincəlsin bir az canım

Ancaq indi qonşuları

İncidirdi qoca çarı.