Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS

Yeni kitablar
Nizami Gəncəvi. Xeyir və Şər
2 Aprel , 2018

Bir gün Xeyir və Şər adlı iki cavan öz şəhərlərindən çıxıb başqa bir şəhərə yollanırlar. Yol üçün tədarük görmüş, azuqə götürmüşdülər. Bir neçə gün yol getdikdən sonra Xeyir azuqəsini açıb ortaya qoyur. Şər isə öz azuqəsini saxlayır. Bir xeyli gedəndən sonra, elə bir çölə çatdılar ki, bürkü təndir alovu kimi üz qasırdı. Şər bu uzun çöldən xəbərdar idi. Ona görə də meşkində sudan saxlamışdı. Xeyir isə bundan xəbərsizdi. Güman edirdi ki, bütün yol boyu su olacaq.

Onlar susuz çöldə yeddi gün yol getdilər. Xeyirin suyu qurtarmışdı. Susuzluqdan yanırdı. Şər isə saxladığı sudan xəlvətcə içirdi. Xeyir susuz olsa da, ona yalvarıb su istəyə bilmədi; baxa-baxa qaldı. Axırda susuzluqdan ciyəri yandı. Bir azdan sonra bu susuz yolçu lap əldən düşdü. Yanında od kimi qızaran ləli var idi. Ancaq nə edəsən, belə yerdə ləli su əvəzinə içmək olmaz ki! Yazıq Xeyir ləlləri çıxarıb Şərin qabağına qoydu....