Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS

Yeni kitablar
Mustafa Çəmənli. Biblioqrafiya
24 Sentyabr , 2018
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Mustafa Çəmənli” adlı biblioqrafik göstəricidə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, publisist Mustafa Çəmənlinin 1972-ci ildən 2017-ci ilədək nəşr edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında olan materiallar toplanmışdır. Vəsaitdə yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.