Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS

Yeni kitablar
Məcid Şamxalov. Qayınana
24 Sentyabr , 2018
Məcid Şamxalov. Qayınana

M.F.Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924-1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.Əsərləri - 

Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh.Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh.Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh.Qayınana (pyeslər)

Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.