Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Elanlar
27 May , 2021
DİQQƏT
İyun ayının 1 -dən Qax rayon MKS -nin Mərkəzi kitabxanasında "Mənim sevimli kitabım", 
"Mənim sevimli yazarım" adlı layihəyə start verilir. Qarşıdan yay gəlir. Yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli keçirmələri üçün sizləri kitabxanlara dəvət edirik. 
Kitabxanlarda "Yay məktəbi" layihəsi də fəaliyyət göstərəcək. Yay məktəbində məktəbli oxucular rəsm, bədii qiraət, intellektuel yarışmalar, ucadan oxu, gəlin birlikdə müzakirə edək, tarixi abidələrə, rayonumuzda fəaliyyət göstərən muzeylərə ekskuesiyalar nəzərdə tutulub. Məqsədimiz insanlarda mütaliəyə maraq oyatmaq, milli mənəvi sərvətimiz olan kitabları, tariximizi, yazarlarımızı onlara daha yaxından tanıtmaqdır.
Tədbir zamanı İştirakçı özünü təqdim etməli, özünün sevimli kitabının məzmununu danışmalı və yazıçısı, şairi haqqında məlumat verməlidir.
Tədbirdə 15 yaşdan yuxarı insanlar iştirak edə bilərlər. Layihədə həm onlayın, həm də ənənəvi qaydada iştirak edə bilərsiz.