Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
11 Oktyabr , 2021
11.10.2021-ci il tarixində C.Cabbarlı adına Mərkəzi Kitabxanada “Qarabağ ədəbi mühiti” adlı məlumat saatı təşkil olunmdu. “Qarabağ ədəbi mühiti” adlı məlumatı kitabxananın əməkdaşı Gülnar Maksudova təqdim etdi.
Qarabağ ədəbi mühiti XVIII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatında ilk olaraq realist şerin əsasını qoyaraq, XIX əsrdə realizm ədəbi metodunun yaranmasma və möhkəmlənməsinə, inkişafına səbəb olmuşdur. Azərbaycan ədəbiyyatında yeni milli şeir məktəbinin əsası XVIII əsrdə Qarabağda Molla Pənah Vaqif tərəfindən qoyulub və Qasım bəy Zakir tərəfindən inkişaf etdirilib. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. Azərbaycan folklorunun mühüm janrlarından biri olan bayatı janrının vətəni də Qarabağ elləri olmuşdur. XIX əsrdə Qarabağ ədəbiyyatı “qızıl dövrünə” qədəm qoyub, Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilib. Şuşalı rəssam, şair, alim Mir Möhsün Nəvvabın tərtib etdiyi "Tərkireyi-Nəvvab" əsərində bu şəhərdə yaşamış 100-dək ədibin adı çəkilir. Böyük şairə Xurşudbanu Natəvan, Aşıq Pəri, “Qarabağnamələr”in müəllifləri olan tarixçi yazarlar Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Mirzə Mehdi Xəzani, Əhməd bəy Cavanşir və s. bu dövrün tanınmış simalarıdır. 
Xurşud Banu Natəvandır (1830-1897).
Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşud Banu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mirzə Möhsün Nəvvab başçılıq edirdi.
Nəcəf bəy Vəzirovun (1854-1926) "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, Əbdürrəhimbəy Haqverdiyevin (1870-1933) komediyaları və faciələri dramaturgiyası, Azərbaycan ədəbiyyatı daha da zənginləşdi. Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli - ilk tarixi romanlar müəllifi (“İki od arasında” (“Qan içində”); “Qızlar bulağı” və s. ), yazıçı-etnoqraf, folklorşünas, diplomat Ceyhun bəy Hacıbəyli - yazıçı, publisist diplomat, folkorşünas, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli - ilk ədəbiyyat tarixçisi, maarifçisi, Qori və Qazax müəllimlər seminariyasınm müdiri; Süleyman Sani Axundov - ilk uşaq ədəbiyyatının yaradıcılarından biri və adlarını çəkmədiyimin onlarla Qarabağlı Qarabağ ədəbi mühitinını görkəmli simalarından olmuşlar.