Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
17 Mart , 2022
Qax rayon MKS- nin təşkilatçılıgı, kitabxana filialllarinin iştirakı ilə yazıçı, dramaturq Qeybulla Rəsulovun 100 illiyinə həsr olunmuş "İlisu kəndinin məşhurları" adlı videokonfrans keçirilmişdir.Tədbiri açan Qax MKS-nin duirektoru Güllü Əhmədova İlisu kəndinin ziyalıları, görkəmli şəxsiyyətləri haqqında məlumat verdikdən sonar, onlardan biri də Qeybulla Rəsulov olduğunu bildirdi.
İlisu kəndinin məşhurları" adlı videokonfransda Metodika biblioqrafiya şöbəsinin müdiri Reyhan Xəlilova çıxış edərək Qeybulla Rəsulov yaradıcılığı və fəaliyyəti haqqında danışdı. 
Qeybulla Rəsulov dramaturq, Yazıçılar Birliyinin üzvü (1961) 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Müəllifin “Rəhmə gəl mələyim” (1959), “Çiçəklər”: 3 pərdə, 6 şəkildə drama (1966), “Bir evdə” (1956) və s. əsərləri məlumdur. “Alçalar gül açanda” (1991), “Yadigar kitab”, “Marşal Jukov və Bəyim xala”, “Arabaçı”, “Şəficanın dərdi” və s. hekayələri, “Əlvida Hindistan” və “Qarabağ əfsanəsi” pyesləri olduğunu, Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri işlədiyini (1965-ci ildən) nəzərə çatdırrmışdır. Yazıçı 1988-ci il sentyabrın 11-də Bakıda vəfat etmişdir.
Ləkit Malax kənd kitabxanasının kitabxanaçısı Aytən Ziyadova dramaturqun “Yaltaq və müdir”qısa hekayəsini təqdim etdi.
Ağçay kənd kitabxanasının kitabxanaçısı Sevinc Abakarova yazıçının “Alçalar gül açanda“ əsəri haqqında məlumat verdi.  “Alçalar gül açanda” (1991) kitabının respublikamızın dağ kəndlərinin o dövür üçün müasir olan  problemlərinə həsr olunmasından söz açdı. Videokonfransda “Məhəbbət oyunu” adlı tamaşadan video-səhnələr təqdim olundu.