Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
29 May , 2022
29 aprel 2022-ci il tarixində Qax rayon MKS-nin təşkilatçılığı ilə C.Cabbarlı adına Mərkəzi Kitabxananın oxu zalında məktəbli uşaqlar arasında "Şuşa İli" i ilə əlaqədar elan olunmuş “Tarixinlə öyünürəm, bu gününlə sevincliyəm Şuşam mənim!” adlı şeir müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqədə 35 nəfər məktəbli oxucularımız iştirak etmişlər və hər bir müsabiqə iştirakçısı Şuşaya, həsr olunmuş şeirlər səsləndirmişlər. Tədbirdən öncə “Şuşa məktəblilərin yaradıcılığı işığında” adlı əl işlərindən ibarət rəsm sərgisinə baxış olmuşdur.
Kitabxanada keçirilən bədii qiraət müsabiqələrinin əsas məqsədi uşaq və yeniyetmələrdə mütaliəyə marağının yüksəldilməsinə, vətənpərvər olmağa, nitq qabiliyyətinin artmasına kömək etməkdir.
Müsabiqədə fərqlənən məktəblilər Qax rayon MKS-nin fəxri fərmanalrı ilə təltif olunmuşlar.