Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
21 İyun , 2022
21.06.2022-ci il tarixində Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi kitabxanasında məktəbli və yeniyetmələrin iştirakı ilə əsrin bəlasına çevrilən “Gələcəyimizi birlikdə düşünək,narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçildi.
Tədbir 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuşdu.
Tədbiri açan MKS-nin direktoru Güllü Əhmədova məktəbli və yeniyetmələrə narkotik maddələrin insan sağlamlığına və psixologiyasına mənfi təsirləri, gələcəkdə ailə həyatında və reproduktiv sağlamlıqda yaratdığı fəsadlar barədə məlumat veri. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədiyini, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olduğunu bildirdi. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Cəmiyyətdə “ağ ölüm” kimi qəbul edilən, bəşər övladının baş bəlasına çevrilən, əhalinin, daha doğrusu, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin və uzun müddət tələb edən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, istifadəsi, satışı, ümumiyyətlə, narkomanlıq ən ağrılı problemlərdən, qorxulu vərdişlərdən birinə çevrildiyi haqqda danışdı.
Sonda iştirakçılara maarifləndirici buklet paylanılmış, mövzuya aid film göstərilmişdir.