Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
13 Sentyabr , 2022
Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanada 18 Sentyabr Milli Musiqi gününə həsr olunmuş “Şuşanın görkəmli bəstəkarları və xanəndələri” adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgi sentyabrın 18- dək davam edəcəkdir.
Sərgidə Əbdülbaqi Bülbülcan Zülalov, Cabbar Qaryağdıoğlu, İslam Əbdül oğlu Abdullayev 
(Seygah İslam) Seyd Şuşinski, Bülbül ( Murtuza) Rza oğlu, Xan Şuşinski, Rəşid Behbudov, Sadıqcan Sadiq Əsədulla oğlu, Üzeyr bəy Əbdülhüseyn oğlu Hacıbəyov, Fikrət Cəmil oğlu Əmirov, Niyazı Hacıbəyovun əsərləri və onlar haqqında yazılmış kitablar yer almışdır. Gün ərzində kitabxana əməkdaşları tərəfindən sərgi iştirakçılarına Şuşanın görkəmli bəstəkarları və xanəndələri haqqında məlumat təqdim olunacaqdır.