Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
12 Sentyabr , 2022
Qax rayon MKS-nin C.Cabbarlı adına Mərkəzi kitabxanasında "Şanlı tariximizi yazanlar və yaşadanlar" adlı kitab sərgisi təşkil olunuşdur. Sərgi sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canlarını fəda etmiş şəhidlərə həsr olunub. Sərgidə məktəblilərin əl işlərindən ibarət şəkillərdə yer almışdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatmış Zəfər yolunu inamla, qətiyyətlə, dəmir yumruğunun gücü ilə qət edərək 44 günlük Vətən müharibəsində ən böyük Qələbənin, böyük Zəfərin sevincini xalqımıza yaşadıb.
Unutmayaq!
Bayraqları bayraq yapan üstündəki qandır, Topraq, əgər uğrunda ölən varsa vətəndir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin