Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
19 Sentyabr , 2022
C.Cabbarlı adına Mərkəzi kitabxanada 21 Sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş sərgi təşkil olunmuşdur.
Qax rayon MKS-nin filial kitabxanalarında da tədbirlər planına əsasən 21 avqust-21 sentyabr “Sülh aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil olunmuşdur.
BMT tərəfindən 1981-ci ildə təsis olunan Beynəlxalq Sülh Gününün məqsədi dünyada sülh və əmin-amanlıq naminə səylərin daha da artırılmasından ibarətdir.
Azərbaycan da sülhsevər və tolerant bir ölkədir. Tədbirdə çıxış edənlər çıxışlarında sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılmasından söz açmışlar. Tədbirin əsas məqsədi Azərbaycan xalqı sülhsevər xalqlardan biri olduğu və hər bir vətəndaşın sülh şəraitində yaşamaq istədikləri qeyd edlmişdir.
Tədbirdə Vətənin azadlığı, suverenliyi uğrunda canından keçərək şəhid olmuş oğullarımız bir dəqiqəlik sükutla yad edilmişdi