Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
17 Oktyabr , 2022
18 oktyabr- Dövlət Müstəqiliyinin bərpası günüdür.
Oktyabrın 17-də C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında 18 Oktyabr- "Dövlət Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları 18 Oktyabr- Müstəqilliyin Bərpası Günüə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.
Tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ( MKS) direktoru “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. 18 Oktyabr – Müstəqilliyin Bərpası torpaqlarımızın işğaldan azad edildiyi bir dövrə təsadüf etməsindən qürur hissi keçirdiyini deyən Güllü Əhmədova Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyindən söz açdı.
T.İsmayılov adına Qax şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Lalə Qabulova məruzəsində bildirdi ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi.
Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Tədbirdə çıxış edən Ləkit Malax kənd kitabxanasının əməkdaşı Aytən Ziyadova məruzəsində- 
Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etdiyini qeyd etdi. Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə məhz ulu öndər Heydər Əliyev xalqımızı və tariximizi, Azərbaycan dövlətçiliyini xilas etdi, qoruyub saxladı, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Məruzəçi ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu qeyd etdi.
Sonda müstəqilliyin bərpası gününə həsr olunmuş videoçarx təqdim olundu.