Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
1 Noyabr , 2022
Mərkəzi kitabxananın oxu zalında Zəfər gününə həsr olunmuş ikinci Qarabag müharibəsinin şəhidlərndən bəhs edən "Qaxdan Qarabaga gedən yol" kitabinin müzakirəsi və muəllifi Xavər Əfəndiyeva ilə görüş kecirildi. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açan MKS-nin direktoru Güllü Əhmədova "Qaxdan Qarabağa gedən yol" kitabının əhəmiyyətindən söz açdı və qeyd etdi ki, X. Əfəndiyeva kitabda Qarabağ müharibəsində igidlik göstərmiş 29 nəfər qaxlı şəhidin parlaq obrazını yaratmışdır...  
Tədbirdə çıxış edənlərdən şəhid anası B.Babayeva, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Həlimə Tağıyeva, S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, GƏQM nin rəhbəri Səfiyyə Süleymanova Qaxlı gənclərin də Vətən uğrunda səfərbər oldulqları, Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdiklərindən, Vətən müharibəsində 29 qaxlı igidin şəhadətə yüksəldiyini, 100 nəfərdən çoxunun isə yaralandığını bildirdilər. Sevinc Abakarova kitab haqqında müfəssəl məlumatı iştirakçılara təqdim etdi. Belə kitabın yazılması zəruri idi. Kitab gələcək nəsillər üçün yaddaşdır. Kitabda söz açılan hər bir şəhidin döyüş yolu bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik nümunəsi olduğu səsləndi. 
Sonda Xavər Əfəndiyeva iştirakçılara öz minnətdarlığını bildirdi.Allah cəmi şəhidlərimizə rəhmət eləsin.