Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
4 Noyabr , 2022
Qax C.Cabbarlı adına Mərkəzi kitabxananın Usaq şöbəsi Zəfər günü ərəfəsində şəhid Nicat Mənəfovun evində olmuş,anasina baş cəkmişlər sonra şəhidin qəbrini ziyarət etmiş,qəbrin üstünə gül dəstələri qoymuşlar.
Mənəfov Nicat Azad oğlu 18.01.2001-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur. 2016-ci ildə Qaradolaq kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirmişdir. Təhsilini Qax rayon Peşə liseyində davam etdirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Vətən müharibəsində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 04.11.2020-ci il tarixdə Qax rayonunun Qaradolaq kəndində dəfn olunmuşdur.
Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər.
70Reyhan Xəlilova, Şıxlar Kənd Kitabxanası və başqa 68 nəfər
9 rəy
6 paylaşım
Bəyən
Şərh bildir
Paylaş