Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
4 Noyabr , 2022
Zəfər günü ərəfəsində Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova, " Şəlalə " qəzetinin redaktoru Xavər Əfəndiyeva, MKS -nın direktoru Güllü Əhmədova, MİMHK -nin sədri Abdul Mustafazadə Şəhid Nicat Manafovun ailəsini ziyarət etmişlər.. Qaradolaq kənd qəbiristanlıgında uyuyan şəhid balamızı qəbri üstə gül dəstələri qoyaraq ruhuna dua etmişlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidimizə Allah rəhmət etsin.
Mənəfov Nicat Azad oğlu 18.01.2001-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur. 2016-ci ildə Qaradolaq kənd ümumi orta məktəbinin 9-cu sinfini bitirmişdir. Təhsilini Qax rayon Peşə liseyində davam etdirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və Vətən müharibəsində Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 04.11.2020-ci il tarixdə Qax rayonunun Qaradolaq kəndində dəfn olunmuşdur.