4 Noyabr , 2022
Qax rayon mədəni- maarif müəssisələri 8- Noyabr Zəfər Günü münasibətilə, 44- günlük Vətən Müharibəsində şəhid olan oğullarımızın məzarlarını ziyarət ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunub, məzarlarına gül dəstələri düzüblər.
Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.