Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
16 Noyabr , 2022
16 noyabr 2022-ci il tarixində C. Cabbarlı adına Mərkəzi Kitabxanada 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlığın unvanı-Azərbaycan" adlı oxucu konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qax MKSnin direktor müavini A. Əfəndiyeva qeyd etmişdir ki, insanların olduğu hər yerdə həmişə fikir müxtəlifliyi olub və olacaq. Əsas bu fərqliliyə tolerant olmaqdır. Tolerantlıq başqalarının haqqlarına və hüquqlarına hörmətdir. Tolerantlıq bir tərəfli deyil, çoxtərəfli münasibətlərin həlqəsinin təzahürüdür.
Tədbirdə "Tolerantlığın ünvanı -Azərbaycan", "Tolerantlıq Azərbaycan xalqının ruhundadır" məruzələri və tolerant xalq olaraq ləzgi xalqının mədəniyyəti və ənənələri haqqında metodiki biblioqrafiya şöbəsinin müdiri Reyhan Xəlilovanın çıxışı dinlənilmişdir.