Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
18 Yanvar , 2023
18 yanvar tarixində Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin C.Cabbarlı adına mərkəzi kitabxanasında fəaliyyət göstərən mütaliə klubunun və N.Allahverdiyev adına 2 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr olunmuş "20 yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir" adlı tədbir keçirilmişdir.
Tədbir başlamazdan əvvəl 20 yanvar faciəsi qurbanlarının və bütün Şəhidlərimizin əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə N.Allahverdiyev adına 2 saylı məktəb-liseyin VII-a sinfinin şagirdləri,məktəbin dil-ədəbiyyat müəllimi Fəridə Əhmədova və başqaları iştirak etmişlər.
VII-a sinfinin şagirdləri Nabat Məmmədova, Əsma Məccarzadə, Mələk Məmmədli "20 yanvar-Azərbaycan tarixinin unudulmaz azadlıq salnaməsidir","20 yanvar-Ümumxalq hüzn günü","20 yanvar-Azərbaycan xalqı üçün unudulmaz tarixdir" adlı məruzələr etmişlər.Şagirdlərdən Ayla Əfəndiyeva "20 yanvar", Həmid Hümmətli "20 yanvar günü", Adiləxanım Hacızadə "Şəhid balalara", Güllü Qumuxova "Qara yanvar" adlı maraqlı və təsirli kompozisiya ilə çıxış etmişlər.
Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş sərgi və videoçarx nümayiş olunmuşdur.
Tədbirin sonunda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.

Allah 20 yanvar faciəsi qurbanlarına və o cümlədən bütün Şəhidlərimizə rəhmət eləsin.