Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
14 Oktyabr , 2015

Əhmədov Abdullah Əmrullah oğlu 1949-cu ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1966-cı ildə Sarıbaş kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur.

1971-ci ildə universiteti “Yarımkeçiricilər” ixtisası üzrə bitirərək, bir müddət Sarıbaş kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, iki il yarıma işini tamamlayaraq, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 

1980-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır.

Abdullah Əhmədov 120-yə qədər elmi məqalənin, bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, iki övladı var.