Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xarici yaşayan tanınmış azərbaycanlılar
3 Noyabr , 2015

 Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib  

Riyaziyyatçı, professor. M. Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) davam etdirmişdir.

 O, 1994-cü ildən Almaniyada yaşayır. Münhen, Ştuttqart, Berlin universitetlərində dərs demişdir. H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiridir. M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt adına mükafata layiq görülmüşdür. O, bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır. 2005-ci ildə isə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatına layiq görülmüşdür. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir

Dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan, Almaniya hökumətinin təsis etdiyi Aleksander fon Humboldt mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşən Məsud Əfəndiyev bu gün adını fəxrlə çəkdiyimiz dünya şöhrətli alimlərimizdəndir. Həmyerlimizin əldə etdiyi uğurlar bu pilləyə qədər yüksəlməsi böyük zəhmət hesabına başa gəlib.

Məsud Əfəndiyev: “Almaniyada Azərbaycan alimi kimi tanınmaq mənə şərəfdir”.