Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xarici yaşayan tanınmış azərbaycanlılar
23 Noyabr , 2015

Ceyhun Hacıbəyli 1891-cı il fevralın 3-də Şuşa şəhərində anadan olmuşdur.

Müəllifin yaradıcılığı tədqiq olunmadığından, toplanmadığından mühacirətə qədərki əsərləri qəzet səhifələrində pərəm-pərəm düşmüşdür. Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər "Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunmuşdur.

Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə "Известия" (Kaspidə), "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.

1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mende" adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdur. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilmişdir.

Ceyhun bəyin "İslam Əleyhinə" kampaniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir.

Ceyhun Hacıbəylinin qəbri Parisdədir. Bəstəkar, yazıçı Üzeyir Hacıbəyovun qardaşıdır.

Ceyhun Hacıbəylinin qəbri Parisdədir.  Müsəlman qəbiristanlığında dəfn olunmuşudur. Bakı küçələrindən biri onun adınadır. Bəstəkar, yazıçı Üzeyir Hacıbəyovun qardaşıdır.