Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xarici yaşayan tanınmış azərbaycanlılar
24 Noyabr , 2015

Teymur Fuad oğlu Sadıqov 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə A.Abdullayev adına 211 saylı orta məktəbə daxil olmuş və 2003-cü ildə əla qiymətlərlə bitirmişdir. Həmin ildə İstanbul Texniki Universitetinin Təyyarə və Kosmik Elmlər fakültəsininin Təyyarə Mühəndisliyi ixtisasına Azərbaycan və Türkiyə dövlət təqaüdçüsü olaraq daxil olmuşdur. 2003-2004-cü tədris ilində Ankara Universiteti Şişli TÖMER-də Türk dili təhsili almışdır. 2004-cü ildə bakalavr təhsilinə başlamış, eyni zamanda BP, İTU Fondu və Nippon Fondu daxil olmaqla bir neçə təşkilatdan təqaüdə layiq görülmüşdür. Azərbaycan dövləti də onun bütün təhsil həyatı boyunca elmi nailiyyətlərimə görə əlavə mükafatlar verib. 2008-ci ildə İstanbul Texniki Universitetindən Təyyarə Mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsində Türkiyənin İstanbul Texniki Universitetinin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək bal toplayan məzunu olmuşdur. Bu nailiyyətimin nəticəsi olaraq dünyanın ən yüksək reytinqli mühəndislik və texnologiya ali məktəblərinə bakalavrsonrası müraciət etdiyim 10 ali məktəbin 10-una da təqaüdlü qəbul olmuşdur. Bu universitetlər: Purdue University West Lafayette, University of Michigan Ann Arbor, Massachusetts Institute of Technology, University of Texas at Austin, University of California San Diego, Stanford University, University of Illinois at Urbana Champaign, University of Minnesota Twin Cities, University of Maryland College Park, Virginia Tech-dir.

2008-ci ilin sentyabrında Kaliforniya Universiteti San Diego-nun Mexanika və Aerokosmik Mühəndislik fakültəsində prestijli Powell Fondu təqaüdçüsü olaraq elmi təhsilə başlamışdır..

2010-cu ilin iyun ayında əla qiymətlərlə Mühəndislik Elmləri, Mexanika Mühəndisliyi ixtisasından magistr dərəcəsi almışdır.

2010-cu ildə məşhur alim Professor Wassim M.Haddad-ın dəvətilə ABŞ-ın ən böyük və yüksək reytinqli Aerokosmik Mühəndisliyi fakültəsinə malik Corciya Texnologiya İnstitutunun Aerokosmik Mühəndisliyi fakültəsində təhsilə başlamışamdır.

Doktorantura təhsili Amerikan Hava Qüvvələri Elmi Tədqiqat Ofisi (AFOSR) və NASA Dryden (yeni adı Armstrong) Uçuş Tədqiqat Mərkəzi qrantları ilə maliyyələşdirilib.

Bundan başqa, Corciya Texnologiya İnstitutundan Riyaziyyat üzrə Magistr dərəcəsi almışdır.

Bütün təhsili boyunca əla qiymətlərlə oxumuşdur.

Üzərində işlədiyi layihələr hal-hazırda Mars planetində olan Curiosity Rover-inin, eləcə də JPL HMMWV-in (yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin) avtonom, insansız idarə olunmasıdır. Bu layihə Amerikan Donanması ilə birgə olan layihədir. Bundan başqa, çoxrobotlu sistemlərin kontrolu üzrə də elmi tədqiqatla məşğuldur.

Hal-hazırda Kaliforniyannın Pasadena şəhərindəki NASA Jet Propulsion Laboratory-də Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və İdarəetmə qrupunda elmi tədqiqatçıdir.