Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Şəhidlərimiz
26 Yanvar , 2016

Bahiddin Məmmədov 1992-ci il oktyabrın 20-də Qax şəhərində anadan olmuşdur. Şəhid Naiq Allahverdiyev adına  Qax şəhər 2 nömrəli orta məktəbinin və indi özünün adını daşıyan 111 nömrəli Qax Texniki Peşə məktəbinin məzunudur. 1990-cı ildə peşə məkətbinin çilingər şöbəsini bitirmişdir. Bahəddinin əmək həyatı M. Qocayev adına Qax taxıl məhsulları kombinatı ilə bağlı olmuşdur. O, Sovet ordusu sıralarında hərbi xidmətə çağırılanadək burada çilingər işləmişdir. B. Məmmədov əvvəlcə Ukraynanın Dnepropetrovsk vilayətində radistlər hazırlayan kursda oxumuşdur. Fəaliyyətə isə Moskvadakı hərbi hissələrdən birində başlamışdır. 1992-ci il idi. Erməni işğalçılar doğma Azərbaycan torpaqlarını bir-birinin ardınca tutur, burada tarixdə misli-bərabəri görünməyən vəhşiliklər törədirdilər. Xocalı faciəsi bu vəhşiliklərin zirvəsi oldu.  Bahiddin Azərbaycanı qorumaq və ermənilərə qarşı vuruşmaq məqsədilə geri qayıtdı. Könüllü olaraq Milli Orduya yazıldı. 1992-ci il avqust ayında  artıq Bahiddin cəbhədə idi.  Bu zaman Ağdərə və Kəlbəcərdə ağır döyüşlər gedirdi. Pulyemotçu Bahəddin Məmmədov düşmənə aman vermirdi.  Sentyabrın 9-da  son döyüş oldu. Ağdərənin Çıldıran  kəndi uğrunda qanlı döyüş gedirdi. Bahiddin düşməni əzmək, döyüş dostlarını qorumaq vəzifəsini yerinə yetirirdi. Bahiddin həmin döyüşlərdə xeyli erməni faşistlərini məhv elədi. Özü də düşmən gülləsindən qurtara bilmədi.  20 yaşı bitməmiş gözünü əbədilik yumdu. Məzarı Qax şəhərindəki Şəhidlər xiyabanındadır.