Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
26 Yanvar , 2016

Namiq Allahverdiyev Qax şəhərində 1974-cü ilin 31 mart günü dünyaya göz açıb. Qax şəhərindəki 2 nömrəli orta məktəbin məzunudur.  1991-ci ildə məktəbi əla və yaxşı qiymətlərlə qurtarmışdır.  Məktəbdə oxuyarkən hərbi vətənpərvərlik mövzusunda yazılmış əsərlərə, çəkilmiş bədii və sənədli filmlərə televiziya verilişlərinə maraqla baxardı. Ali təhsilli hərbçi olmaq arzusunda idi. Namiq “Qələbə” kolxozuna üzv yazılmalı oldiu.Təsərrüfatın müxtəlif sahələrində verilən tapşırıqları can-başla yerinə yetirirdi. 1992-ci il iyun ayının 15-də Milli Orduya xidmətə yola düşdü. Namiq Hacıqabulda təlim-məşq bazasında bir müddət məşq keçmişdi. Təlim üddəti başa çatanda komandanlığın yeni əsgərlərlə görüşü oldu. “Qarabağ cəbhəsində ermənilərlə vuruşmağa kim könüllü getmək istəyir?” sualına Namiq birincilərin sırasında cavab verdi: “Mən getmək istəyirəm!” Dedi və getdi də! Namiqin daxil olduğu batalyon əvvəlcə Üçtəpədə hərbi vərdişlərini təkmilləşdirməklə məşğul oldu. Azacıq sonra onların sorağı Tərtər istiqamətidən gəlirdi. 5474 nömrəli hərbi hissənin tərkibinə daxil olan batalyon Kasapet, Drambon, Çıldıran uğrunda döyüşlərdə iştirk etmişdi. Namiqin sonuncu döyüşü Çıldıran yüksəkliyi uğrunda olub. Namiq bu döyüşdə qəhrəmancasına vuruşmuşdu və aldığı ciddi yaraların nəticəsi olaraq keçinmişdi. 18 il 5 ay ömür sürmüş Namiq 1992-ci il sentyabrın 17-də  Qax şəhərndəki şəhidlər xiyabanında dəfn edildi. Qax şəhərindəki 2 nömrəli orta məktəbə onun adı verilmiş və məktəbdə Namiqin büstü qoyulmuşdur.