Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
26 Yanvar , 2016

 İslam Yusifov 1974-cü il may ayının 25-də Qax rayonunun Qum kəndində anadan olmuşdur.1981-1991-ci illərdə Z. Müslümov adına Qum orta məktəbini oxumuşdur. Məktəbi bitirəndən sonra az müddət kolxozda işləmişdir. 1992-ci ildə 18 yaşı tamam olanda İslam Milli Orduda xidmət etməyə getmişdir. Həmən ilin iyun ayının 10-da daxili qoşunların Gəncədəki batalyonların birində xidmətə başlamışdır. Avqustun 25-də İslam digər yoldaşları ilə birlikdə hərbi and içdi. Vətənə sədaqət andı! Onlar and içdilər ki, Azərbaycan torpaqları erməni qəsbkarlarlndan təmizlənməyincə silahı yerə qoymayacaqlar və lazım gələrsə canlarını da qurban verəcəklər. İslam Ağdərə  rayonunun Sırxavənd kəndi yaxınlığında vuruşmalarda igidlik göstərdi. Öz atəşləri ilə düşmənə xeyli ziyan vursa da beş güllə yarası alaraq dünyasını dəyişdi.

Sentyabrın 16-da Qum kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhid İslam Yusifovun adı Çinarlı kənd natamam orta məktəbinə verilmişdir.