Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
26 Yanvar , 2016

Elmir Süleymanov 1968-ci ildə Qax rayonunun qədim tarixə malik Qum kədində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmət etmişdir. O, Almaniyadakı Sovet qoşunlarının tərkibində idi. Topçu peşəsinə yiyələnmiş, dəfələrlə komandanlıq tərəfindən tərifnamə almış, ailəsinə razılıq məktubları göndərilmişdi.

Elmir ailəli idi. 15 noyabr 1993-cü ildə toyu olmuşdu. Toydan cəmi 28 gün sonra onu Milli Ordunun tərkibində  vuruşmağa çağırdılar. Qələbəyə dərin inam bəsləyən Elmir “Müharibəni qələbəmizl qurtarmağa gedirəm” deyirdi. Cəbhədə cəmi 2 ay qaldı. Ağdərənin Mehmanə kəndi uğrunda döyüşlərdə iştirak etdi. Fərrux dağı rayonunda düşmənlə üz-üzə dayandı. Hər dəfə də düşmənə aman vermədi. Öz cəsurluğu ilə fərqləndı. Buna görə də  ona cəbhədə vəziyyət ağır olsa da  qısamüdətli məzuniyyət verildi. Ailəsinə, dostlarına vəziyyətin tezliklə bizim xeyrimizə düzələcəyini bildirir, hamını qələbəyə kömək göstərməyə çağırırdı. Elmir 1994-cü il fevralın 26-da qəhrəmancasına həlak oldu. Məzarı Qum kəndindəki şəhidlərin sırasındadır.