Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Şəhidlərimiz
26 Yanvar , 2016

Vaqif Əliyev 25 aprel 1973-cü ildə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra rayondakı peşə məktəbində dərzilik peşəsinə yiyələnmişdi. 1991-ci ildə ordu sıralarına çağırılmış, Çerepovetsk şəhərində hərbi hissələrin birində xidmət etmişdir. O, cəmi beş aylıq hərbi xidmətdən sonra 1991-ci ilin noyabr ayında  Azərbaycana qayıdıb Milli Orduya daxil olmuşdur. Üç ay Bakı şəhərində xidmət etmiş, sonra könüllü olaraq Şuşaya getmişdir. Vaqif bu zonada müxtəlif döyüşlərdə iştirak etmişdir. Əliyevlərin ailəsinə komandanlığın verdiyi arayışda deyilir: “Vaqif Əliyev 15 avqust 1992-ci il tarixində Ağdam rayonunun Yenikənd kəndi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşmuş və həlak olmuşdur. Vaqif Əliyevin cənazəsinin qalıqlarını yalnız altı aydan sonara Qaxa gətirib Şəhidlər xiyabanında dəfn etmək mümkün olmuşdur.

Qax şəhərindəki 3 nömrəli məktəb şəhid Vaqif Əliyevin adını daşıyır.