Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
26 Yanvar , 2016

Səfa Rəhimov 1972-ci il avqustun16-da Qax rayonunun Qorağan kəndində anadan olmuşdur. Səfa 8-ci sinifi bitirəndən sonra kənddəki “Azərbaycan” kolxozunda mexanizator köməkçisi işləmişdir. Orta məktəbi Qaxda qiyqbi davam etdirmişdir. O, 1987-ci ildən 1989-cu ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, sürücülər hazırlayan məktəbdə oxumaq imkanı qazanmışdır. Kəndə qayıtdıqdan sonra sürücü işləmişdir. 1992-ci il Səfanın həyatında son nöqtə oldu. O, Xocalı faciəsindən sonra azğın erməni işğalçılarına qarşı vuruşmaq qərarına gəlmişdi. Dəfələrlə Milli Ordu sıralarına getmək, cəbhə bölgələrində düşmənlə üz-üzə vuruşmaq istəyi barədə ərizə yazmışdı. Nəhayət, 1992-ci ilin17 oktybrında Səfa arzusuna çatdı. Qarabağ uğrunda vuruşmağa getdi. S. Rəhimovun cəbhə həyatı cəmi on gün davam etmişdir. Lakin döyüş əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il oktyabrın 27-də həlak olmuşdur. Səfanın məzarı Qorağan kənd qəbiristanındadır. Qorağan kənd məktəbi şəhid Safa Rəhimovun adını daşıyır.