Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Şəhidlərimiz
28 Yanvar , 2016

Arif Abbasov 1972-ci il iyulun 6-da Qax rayonunun Turaclı kəndində anadan olmuşdir. Səkkizinci sinifi bitirdikdən sonra 111 nömrəli Qax Orta Texniki Peşə məktəbində oxumuş, üzləyici piltə döşəyən usta diplomu almışdır. A. Abbasov peşə məktəbini bitirərək 1990-cı ildə ordu sıralarında hərbi xidmətə göndərilir. İki illik hərbi xidmət onun şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdı. 1992-ci ildə ordudan qayıdan kimi cəbhəyə yollanmışdır. Dəfələrlə hücum və müdafiə zamanı fərqlənmişdir. Son döyüş 1992-ci ilin 12 iyununda olmuşdu. Kəlbəcər rayonunun Narınclar kəndi uğrunda vuruşlarda yeddi düşmən əsgərini məhv etmiş, qəhrəmancasına həlak olmuşdur. Məzarı Qax şəhər Şəhidlər xiyabanındadır. Turaclı kənd məktəbi Arif Abbasovun adını daşıyır.