Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Şəhidlərimiz
28 Yanvar , 2016

İbrahim Xasıyev Qax rayonunun Çüdülü kəndində 1972-ci il oktyabrın 25-də anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra 1990-cı ildə Ukraynada sovet ordusu sıralarında hərbi xidmət keçmiş, lakin xidmətini başa çatdıra bilməmiş, Azərbaycan Milli Ordusunda xidmət etməyə çağırılmışdı. İ. Xasıyev şəhid olanadək  bir sıra mövqelərdə səmərəli hərbi xidmət göstərmişdi. Laçın dəhlizi ərazisində vuruşmuş, Kəlbəcər istiqamətinə göndərilmişdi. Kəlbəcərdə yaralanır, müalicədən sonra vaxtı  itirmədən öz batalyonuna qayıdır. Laçın xəyanətin nəticəsində düşmənə verildikdən sonra əlimizdə qalmış kəndlərin müdafiəsində  İbrahimin əməyi az olmamışdı. Həmişə döyüşlərdə fərqlənməyə çalışan, ön mövqedə olmağa çalışan İbrahim düşmənin diqqətini cəlb etmişdi. Snayperə ona xüsusi diqqət vermək əmr olunmuşdu. Döyüşlərin birində snayper gülləsi ilə başından vuruldu. Sinəsində ermənilərə dərin nifrət bəsləyən, torpaqlarımızı işğalçılardan azad görmək istəyi ilə 1992-ci il sentyabrın 28-də həyata göz yumdu. İbrahim Xasıyevin adı Çüdülü kənd məktəbinə verilmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur.