Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
30 Yanvar , 2016

Rafael İbrahimov 1971-ci il dekabrın 21-də Qax rayonunun Cəlayir kəndində anadan olmuşdur. Kənd məktəbini bitirib rayondakı peşə məktəbində oxumuşdur. Rəfael İbrahimov 1989-cu il noyabr ayının 28-də Sovet ordusu slralarında Sverdlovsk vilayətinin daxili qoşun hissələrinin birində hərbi xidmət keçmişdir. 1992-ci il iyun ayının 16-da Rəfaelin həyatında yeni bir səhifə açıldı. O, ordu sıralarında müəyyən vərdişlərə yiyələnmiş əsgər kimi Milli Orduya çağırılmışdı. Bir neçə günlük təlimdən sonra Ağdərə istiqamətində vuruşmada iştirak etdi. Avqust ayının 28-də Ağdərənin Qızılqaya yüksəkliyində baş vermiş vuruşmada R. İbrahimov qəhrəmancasına həlak oldu. R. İbrahimov Cəlayir kəndində dəfn olunmuşdur. Cəlayir kənd orta məktəbi Rəfael İbrahimovun adını daşıyır.