Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Şəhidlərimiz
30 Yanvar , 2016

Pənah Şəmilov 1964-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. Kənd orta məktəbinin məzunudur. Sovet ordusu sıralarında xidmət etmişdir. Pənah Şamilov ermənilərin vəhşiliklərini dərin qəzəb və nifrətlə izləyirdi. Xocalı soyqırımından sonra qəti qərara gəldi ki, daha dözmək olmaz. Mütləq soyqırım zamanı həlak olmuş insanların qisası alınmalıdır. Buna görə də könüllü olaraq cəbhəyə yollandı.  Pənah Şamilovun döyüş yolu çətin, şərəfli və maraqlı olmuşdur. O, Ağdamdakı  836 nömrəli hərbi hissənin ikinci batalyonunda sıravi əsgər kimi fəaliyyətə başlamışdı. Sıravi döyüşçü lap qısa müddətdə döyüşçü yoldaşlarının sevimlisinə çevrildi. Öz avtomatı ilə düşmənə aman vermir, yoldaşlarını da ruhlandırırdı. P. Şamilov 20-dək döyüşdə həm sıravi əsgər, həm də rota komandiri kimi iştirak etmişdi. 1992-ci ilin dekabrnda düşmənlə üzbəüz vuruşmada qəhrəmancasına həlak olmuşdur. P. Şamilov dekabrın 11-də Sarıbaş kəndində dəfn edilmişdir. Sarıbaş kənd məktəbi onun adını daşıyır.