Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Mətbəximiz
18 Noyabr , 2016
Qax rayonu özünəməxsus mətbəxi ilə seçilir. Ətin qaxac edilməsi (qurudulması) və  qaxacdan “Sürhüllü”–nün bişirilməsi dağ kəndləri üçün daha xarakterikdir. Ümummiyyətlə dağ yerlərinin əhalisinin xəmir xörəklərinin çeşidləri zəngin olur. Toyuqlu, lobyalı, qatıq tökən xəngəl, qiyməli, göyərtili, çürümtəkli qırs, lobyalı, qozlu, tərəcəli  aş və s. Qax əhalisini ən sevimli yeməklərindəndir. Qozu-fındıq ilə zəngin olan Qaxda   qoz və fındıqdan şiriniyyatların hazırlanmasında  bol-bol istifadə olunduğundan hazırlanan  xüsusi şirniyyatların ləzzətindən döymaq olmur.