Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Mətbəximiz
18 Noyabr , 2016
Səbzili plovu bişirmək üçün qoyun və yaxud mal ətindən və göyərtidən istifadə  olunur. Göyərtilərdən şüyüt, kəvər, kişniş, ispanaq, göy soğan, cəfəri və s. xırda-xırda doğranılır, suda pörtlədilir, sıxılaraq  kanara qoyulur. Ət xırda-xırda doğranaraq bişirilir. Hazırlanmış göyərti ətin üzərinə tökülür, üzərinə yaq, bir az limon duzu əlavə olunur. Vam odun üzərində bişirilir. Düyü süzülərək qazmağı üstündə süfrəyə verilir. Səbzi-qovurma  boşqabda düyünün yanında verilir.