Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Dağlıq Qarabağ münaqişəsi
6 May , 2015

2000-ci il 10 yanvar tarixli BMT Konvensiyasına görə, dünya birliyi özünün bütün tarixi ərzində "terrorizm" anlayışına aydınlıq gətirə bilməmişdir. Belə də olmuşdur ki, "terrorçu" sözü bir çox hallarda "azadlıq mücahidi" kimi yozulmuşdur. Təfsirdə çətinliklərlə əlaqədar hüquqşünaslar, istər partlayıcı qurğuların qoyulması, insanların oğurlanması olsun, istərsə də təyyarələrin qaçırılması olsun, fərqi yoxdur, konkret faktları cinayət kimi tövsif edən konvensiyalar sistemi yaratmaq məcburiyyətində qalmışlar. ABŞ Qanunlar Məcəlləsinin 22-ci Titulunda, 2656 f (d) Bölməsində terrorizmin tərifinə nəzər salaq:

" - "Terrorizm" termini submilli qruplar və ya gizli fəaliyyət göstərən agentlər tərəfindən, adətən, cəmiyyətin əhval-ruhiyyəsinə təsir etmək məqsədilə dinc əhaliyə və ya obyektlərə qarşı qəsdən törədilmiş, siyasi cəhətdən əsaslandırılmış zorakılıq deməkdir.

- "Beynəlxalq terrorizm" termini birdən çox dövlətin vətəndaşlarının iştirak etdikləri və ya ərazisinin əhatə olunduğu terrorizm deməkdir.

- "Terror qrupu" termini beynəlxalq terrorizmlə məşğul olan və ya özünün tərkibində bu cür fəaliyyətlə məşğul olan xeyli yarımqrupa malik hər hansı qrup deməkdir.

1983-cü ildən ABŞ hökuməti statistika və analitik məqsədlər üçün terrorizmin bu tərifindən istifadə edir".

Rusiya Prezidenti Vladimir Putin terrorizm barəsində ruslara xas düzlük və açıqlıqla demişdir: "Bu bir bəladır və onunla mübarizə aparmaq lazımdır".

"Erməni terrorizmi" məfhumuna gəldikdə isə, zahirən nə qədər mürəkkəb olsa da, onun təzahürünü izah etmək qat-qat asandır. Adlarından asılı olmayaraq, bəzi erməni təşkilatları öz proqramlarında terrora qarşıya qoyulan məqsədə çatmaq vasitəsi kimi baxırlar. Üstəlik, onilliklər ərzində erməni terrorizminin qurbanları elə bu təşkilatların üzvlərinin özləri, daha doğrusu, onlardan başqa çür düşünərək, məhz terroru rədd edənlər olmuşlar. Erməni alimlərinin tədqiqatlarında, siyasi liderlərin erməni xalqı üçün dönüş dövrlərindəki çıxışlarında tam bir sıra erməni təşkilatlarının fəaliyyətinin terrorçuluq istqamətini insana qarşı cinayət kimi tövsif edən fikirlər və məlumatlar var.

Buna məqsədi doğruldan forma da sübutdur: kütləvi vahimə yaratmaq metodu kimi, xüsusi qəddarlıqla törədilən qətllər. O ki qaldı terror təşkilatlarının göstərişlərini yerinə yetirən erməni quldur birləşmələrinə, onların bu tərifi artıq çoxdan - hələ XIX əsrin axırlarında rus qafqazşünaslarının və publisistlərinin tədqiqatlarında verilmişdir.

Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Helsinki komissiyasının həmsədri Kristofer H.Smit ATƏT çərçivəsində əks-terror əməkdaşlığına dair dinləmələrdə belə bir fikir söyləmişdir ki, əlbəttə, terrorizmin müsibətlərinə qarşı müharibəni udmaq üçün hansısa bir vasitə yoxdur. Qələbə terrorizmə müxtəlif istiqamətlərdən zərbələr endirilməsi nəzərdə tutulan razılaşdırılmış mövqeni istifadə edildiyi təqdirdə qazanıla bilər. O, Qafqaz ölkələrinin nümayəndələrindən konkret təkliflər verməyi də xahiş etmişdir.

Ola bilsin, bu nəşr beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq məqsədilə onun öyrənilməsinə dair konkret təkliflərdən biridir.

Ola bilsin, dəyişməkdə olan dünya qəddarlığı izah etməyə daha qadir deyildir. Lakin təkcə bir şey mümkün deyil - bu kitab qorxub vahiməyə düşməyə və mutiliyə heç zaman çağırış olmayacaqdır.

Bəşəriyyət ona zorla qəbul etdirilən illüziyalardan - hamilə qadınların qarınlarını yaranların, qorxudan əsən oğlan uşaqlarının başlarını qılıncın bir zərbəsi ilə vuranların, kinoteatrları, mülki təyyarələri partladanların, siyasətçiləri və biznesmenləri qətlə yetirənlərin, kilsələri, məscidləri və sinaqoqları yandıranların qəbul etdirdikləri illüziyalardan xilas olmağa qadirdir.

Bu gün terrorizm insan hüquqları məkanına, onların ən müqəddəsinə - Yaşamaq hüququna qlobal təhlükə törədir.

Bu hüquq xüsusi olaraq qorunmağa layiqdir.