Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
18 Yanvar , 2017

18 yanvar tarixində 20 yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Qax rayon C.Cabbarlı adına Mərkəzi kİtabxanada “Şəhidlər ölməzdilər, ölməzi ağlamazlar” adlı anma mərasimi keçirildi. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. ”20 Yanvar qəhərmanlıq tariximiz”  adlı məruzə ilə Qax MKS-nin direktoru G.Əhmədova çıxış etdi. Tədbirdə rayonun ziyalı qadınlarından S.Əsgərova, A.Əliyeva, S.Süleymanova,S.Xəlilova , S.Əfəndiyeva çıxış etdilər.

Tədbirdə şəhər 2 saylı məktəbin 6-cı sinif şagirdləri “Şəhidlər ölməz, ölməzə ağlamazlar” adlı kompozisiya təqdim etdilər.

Tədbirdə ”20 Yanvar-qanlı və şanlı tariximiz” video çarxı nümayiş olundu .

Foto Qalereya