Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
2 Fevral , 2017
2 fevral Gənclər Günü münasibətilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsi  nəzdində Qax rayon MKS-in C.Cabbarlı adına Mərkəzi Kitabxanada tələbə gənclərlə “Sosial şəbəkələr və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə aşağıdakı mövzularda tələbə gənclərlə söhbət aparıldı.
1. Azərbaycan gəncliyi bu gün öz günündən, güzəranından razıdırmı? 
2. Gənclər asudə vaxtlarını necə keçirirlər? 
3. Sosial şəbəkələrdə olmağı səmərəli istirahət kimi qəbul edirsinizmi? 
4. İnternetdən əsasən necə istifadə edirsiz, hansı hallarda? 
5. Bu gün gənclik mütaliə edirmi?
Tədbir disskusiya şəraitində keçdi.