Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
23 Fevral , 2017

23 fevral 2017-ci il tarixində  Qax rayon Uşaq xəstəxanasında C.Cabbarlı adına Mərkəzi kitabxananın  təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə “Salam, Xocalı dərdim...” adlı tədbir keçirildi. Tədbiri C.Cabbarlı adına Mərkəzi Kitabxananın işçisi, şairə Solmaz Elqızı aparırdı. Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə kitabxananın  işçisi Lalə Mirzəyeva “Xocalı soyqırımı-tarixin qan yaddaşı” adlı məruzə ilə çıxış etdi. MKS-nin direktor müavini Ahidə Əfəndiyeva, Uşaq xəstəxanasının  tibb bacıları  Qənirə Məmmədova, Sədaqət Balacayeva Xocalı faciəsinin dəhşətlərindən ürək ağrısı ilə danışdılar. Tədbirdə “Xocalı-25” sərgisi nümayiş olundu.

Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlər Qax MKS-in bütün filial kitabxanalarında keçirilmişdir. Əmbərçay kənd kitabxanasında "Xocalı fəryadı",  Ləkit kənd kitabxanasında "Xocalı-şəhid şəhəri", şəhər 4 saylı kitabxana "Xocalı viran yurdum, yadlara qalan yurdum" adlı anma mərasimləri, uşaq kitabxanasında "Şəhidlər ölməzdilər" kompozisiyası keçirmişdir. Kitabxanalarda sərgilər, guşələr tərtib olunmuş, video çarxlar nümayiş olunmuşdur. 

 

Foto Qalereya