Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
10 Mart , 2017
Tədbir qaxlı yazar Qalibə İlisulununun yradıcılığına həsr olunmuşdu. 10 mart tarixində Qax rayon C.Cabbarlı adına Mərkəzi kitabxanada şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı Qalibə Cəfərovanın yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qax “Kürmük nəğmələri“ ədəbi birliyinin üzvləri-birliyin sədri Abdulla Şahmir, yerli yazarlarımızdan Osman Abdullayev, Nəzir Güman, Pərvanə Haşımova, Solmaz Elqızı, Əmirxan Rəhimov və gənc yazar Namiq Qaxlı iştirak etdilər. Qax ziyalılarından Abdurahman Aşurovda tədbirdə iştirak etdi. Geniş oxucu kütləsi və ziyalılardan təşkil olunmuş tədbir böyük ruh yüksəkliyi ilə keçdi. Tədbirdə Qalibə İlisulunun həyat və yaradıcılığına əks etdirən video çaxlar nümayiş olundu, şairənin  şerləri fəal oxucular tərəfindən səsləndi. Tədbirin qonaqları Qalibə xanımın yaradıcılığından söhbət açdılar. Şairə Qalibə İlisulu tədbirdə təşkilstçılara təşəkkür etdi və şeirlərini oxudu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya