Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
14 Aprel , 2017

Alı Mustafayevin 65-ci ildönümü münasibətilə "Vətənin Vətənpərvəri" adlı tədbir keçirildi. 

14 aprel Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günüdür. Alı Mustafa oğlu Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. O, çevik, qorxmaz bir telejurnalist idi, tez-tez müharibənin qaynar nöqtələrində olur, reportajlar hazırlayırdı. 1991-ci il noyabırın 20-də növbəti dəfə qaynar nöqtəyə yollandı, onun uçduğu vertolyot düşmən terrorçuları tərəfindən vuruldu, o dövlət və hökümət adamları, xarici müşahidəçilərlə birlikdə həlak oldu. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakıda 202 saylı orta məktəb, küçələrdən biri onun adını daşıyır.

14 aprel 2017-ci il tarixində ŞRMTİ Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Alı Mustafayevin 65-ci ildönümü münasibətilə "Vətənin Vətənpərvəri" adlı tədbir keçirildi. Tədbirdə Alı Mustafayevin həyat yolundan, jurnalistlik fəaliyyətindən, yaradıcılığından, vətənpərvərliyindən maraqlı məqamlar açıqlandı. "Dəli bir ağlamaq keçir könlümdən" kitabından şerləri səsləndi. Tədbirdə Alı Mustafayevə həsr olunmuş sərgi və video çarx nümayiş olundu