Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
29 Aprel , 2017

Mədəniyyət və Turizm Nazirliyinin  kitabxana filialalrının fəaliyyətinin yaxşılaşdırılmasına dair 2015-2017-ci illər tədbirlər planını əsas götürək hər il C.Cabbarlı adına Mərkəzi Kitabxanada oxucularla müxtəlif  mövzularda müsabiqələr təşkil olunur.  Müsabiqələrin keçirilməsində məqsəd oxucuların kitabxanalara cəlb olunması, kitabxnaçı ilə məktəbin qarşılıqlı iş birliyi və bunun nəticəsində böyüməkdə olan nəsildə mütaliəyə maraq hissinin aşılanmasıdır. 29 aprel tarixində kitabxanada  “İstedadlı oxucu” müsabiqəsi keçirildi. Müsabiqəyə 28 kənd kitabxnasının oxucuları qatılmışdılar. Müsabiqə 3 nominasiya üzrə təşkil olunmuşdur. 1). Vətənpərvərlik  2).  Kitab təbliği  3). “İslam həmrəyliyi ili”  ilə bağlı  bacarıqlı əllər” nominasiyaları. Hər üç nominasiyada fəal iştirak edən oxucularımız oldu. Birinci nominasiyada Almalı kənd kitabxanasından Dərya Məmmədli, Cəlayer kitabxanasından Rəcəbov Aqşin, Ləkit kitabxanasından Buğday Həmzəyev, Güllük kitabxanasından Musazadə Rəşidə müsabiqədə fəal  iştirak etdilər. İkinci nominasiya üzrə 1 saylı şəhər kitabxnasının oxucularının təqdim etdiyi “Fənnlərin bəhsi” təqdirə layiq idi. Üçüncü nominasiya üzrə oxucularımızdan Məmmədli Ramazanın təqdim etdiyi ”İslam ölkələri sülh və əminamanlıq naminə”  mövzusundakı rəsm əsəri hər kəsdə xoş duyğular yarartdı.