Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
16 May , 2017

Qax rayon MKS-in C.Cabbarlı adına Mərkəzi Kitabxanası  16 may 2017-ci il tarixində ənənəvi X Umumrespublika Kitab bayramı keçirdi. Tədbirdə “Azərbaycan dünyam mənim”, “Heydər Əliyev-94”,  “Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan klassik ədəbiyyatı”,  "Elektron nəşrlər”, “Məlumat nəşrləri”,  “2017-ci il İslam Həmrəyliyi ilidir”,  “İlin yubilyarları”, “ Dünya ədəbiyyatı”, “Uşaq ədəbiyyatı” və b. başlıqlar  altında kitab sərgilərinə baxış keçirildi. “Nağıl otağı” və “Açıq kitabxana“ tədbir iştirakçılarının diqqətini cəlb elədi. Tədbir boyu “Kitabxanaya yazılma aksiyası” keçirildi. Tədbiri giriş sözü ilə ŞRMTİ-nin Qax rayonu üzrə məsləhətçi  D. Əzizova açdı. Kitab bayramında ziyalılar məktəblilər rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə dəvət olunmuş  qonaqlar - Qax rayon İH Başçısının müavini Vəfa Heydərova, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Rayon Bələdiyyəsinin sədri Eyvaz Orucov, ağsaqqal, ziyalı, təqaüdçü müəllim Abdurahman Aşurov, Qızıl Aypata təşkilatını Qax rayon bölməsinin rəhbəri Sara Xəlilova, Günərzi Qayğı Mərkəzinin və Qax rayon Sahibkar Qadınlar cəmiyyətinin rəhbəri S. Süleymanova, jurnalist Kifayət Cabbarlı, İncəsənət məktəbinin direktoru X. İmamova, İ. Dağıstanlı xatirə ev muzeyinin direktoru A. Zehirov  iştirak etdilər.  Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş "Rəflərdən dünyaya" adlı Kitab bayramının əsas məqsədi gəncləri kitabxanaya, mütaliəyə istiqmətləndirməkdən ibarət idi. Tədbirdə çıxış edənlər kitabın həyatımızda rolundan, kitaba və kitabxanaya olan qayğıdan danışdılar.

Tədbirdə “İstedadlı oxucu” müsabiqəsinin qalibləri  fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olundular. Gözəl musiqi nömrələri   və şerlər tədbirə xoş əhval qatdı.

Foto Qalereya