Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
3 Avqust , 2017

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir.

 Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.