Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
25 Sentyabr , 2017
Qax MKS-in C. Cabbarlı adına Mərkəzi kitabxanasının Oxu zalında 27 sentyabr Ümumdünya Turizm gününə həsr olunmuş "Azərbaycanın turizm məskənləri - Qax" adlı Dəyirmi Masa keçirildi. MKS-ni direktor müavini A. Əfəndiyeva Ümumdünya Turizm Günü barədə geniş məlumat verdi. Qax rayonunun təbiəti, qoruqları, abidələri, istirahət mərkəzləri haqqında tədbir iştirakçıları disskusiya açdılar. Dəyirmi Masada vurğulandı ki, Respublikada əldə olunan sosial-iqtisadi irəliləyiş  turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Rayonumuz istər iqlimi və təbiəti, istər tarixi yarləri və abidələri, istərsə də istirahət mərkəzləri ilə bu sahədə öz töhfələrini verə biləcək şəraitə malikdir.
Tədbirdə Qax rayonunun istirahət kompleksləri barədə video-çarx nümayiş olundu. Tədbir iştirakçıları Ümumdünya Turizm gününə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.