Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Tədbirlər
24 Oktyabr , 2017


24 oktyabr 2017-ci il tarixində Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxana və S.Vurğun adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ölməz dramaturqumuz  Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə “Səma şairi“ adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdə Cavidlər ailəsinin faciəli həyat yolundan bəhs edən “Cavidlər” adlı  slayd nümayiş olundu. Tədbirin qonaqları rayonumuzun ziyalıları Abid Heydərov, Nadir Ziyadlı, şairə Solmaz Elqızı, rayon ağsaqqalı Abdurahman Aşurov şairin yaradıcılığından gözəl məqamları açıqladılar. Tədbirdə Hüseyn Cavid yaradıcılığından “İblis” facisəsindən İblisin monoloqu, “Cavidlə Müşgünazın həbsxanada görüşü” səhnəsi tamaşaçılara təqdim olundu. Tədbir boyu Hüseyn Cavidin sözlərinə yazılmış musiqilər və şerlər təqdim olundu. Gələn qonaqlar tədbirin təşkilatçılarına C.Cabbarlı adına Mərkəzi Kitabxananın və S.Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşalrına təşəkkürlərini bildirdilər.